lider-media.az

Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək

Baxış: 673 Tarix: Вчера, 12:06


Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin ev sahibliyi ilə Türkiyə və Azərbaycanın ortaq mədəni irsini universal musiqi dili vasitəsilə bir araya gətirən “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək.

Bakı Yunus Əmrə İnstitutunun yaydığı məlumata görə, konsertdə Türkiyə və Azərbaycanın tanınmış bəstəkarlarının seçilmiş əsərləri səsləndiriləcək.

Proqramın xüsusi məqamlarından biri C.Yazlarlının L.Bayramoğullarına həsr etdiyi fleyta, fortepiano və zərb alətləri üçün “Fleytanın Səsi” əsərinin dünya premyerasının təqdim olunmasıdır. 

Konsert oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Bakı Yunus Əmrə İnstitutu sənətsevərləri Türkiyə və Azərbaycanın zəngin musiqi mədəniyyətini eyni səhnədə bir araya gətirəcək bu xüsusi konsertə dəvət edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi