lider-media.az

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

Baxış: 147 Tarix: Вчера, 17:06

Ukrayna Azərbaycan tərəfinin davam edən həmrəyliyini və praktiki dəstəyini yüksək qiymətləndirir. Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Telegram”da yazıb.

“Azərbaycanın daha bir həyati əhəmiyyətli enerji avadanlığı partiyası Ukraynaya göndərilir. Bura güclü transformatorlar, 186 kilometr uzunluğunda elektrik kabeli və enerji sistemimizin istilik mövsümü ərəfəsində dayanıqlılığının gücləndirilməsinə kömək edəcək digər avadanlıqlar daxildir. Ukraynanın yanında olduqlarına görə dostum nazirə və Azərbaycan xalqına səmimi təşəkkürümü bildirirəm”, – deyə Sibiqa əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi