Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 7-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhərindən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra Baş prokuror Gəncə Memorial Kompleksini ziyarət edib, memorial lövhənin önünə gül dəstələri qoyub.
Qəbulda iştirak etmiş 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Gəncə şəhərində xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuş, yeni xidməti mənzillər istifadəyə verilib.
Baş prokuror mənzillərə baxış keçirərək yaradılmış şəraitlə tanış olub, əməkdaşların sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Baş prokuror yaradılmış şəraitin dövlət başçısı cənab İlham Əliyevin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğunu qeyd edib, göstərilən diqqətə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, həyata keçirilən tədbirlər regionlarda xidmət aparan prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılmasına, onların xidməti vəzifələrini səmərəli və layiqincə yerinə yetirmələri üçün zəruri şəraitin təmin olunmasına xidmət edir.
Prokurorluq əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və xidmət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də müvafiq infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək


Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Baş Prokurorluqda “Prokurorluq orqanları tərəfindən 2023-cü ildə görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair” Geniş Kollegiya iclası keçirilib
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair Geniş Kollegiya iclası keçirilib
Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar
C. Steinweg Group” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
Təhlükəsizlik eksperti Orxan Musayev Böyük Britaniyanın nüfuzlu NEBOSH sertifikatını əldə edib
Oktyabrın 8-də gözlənilən hava şəraiti
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına
Ağdam rayonuna mediatur təşkil edilib
Sülh sözlə başlayır: ünsiyyətin insanlıq üçün böyük məsuliyyəti
TAU rektoru Türkiyədə yeni tədris ilinin açılışında iştirak edib
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına
İmam Qəzali: şöhrəti tərk edib həqiqəti axtaran alim
Bakıda Azərbaycan-Türkiyə ortaq oxu proqramının açılış paneli keçirilib
İstanbul Boğazında 25 illik möhtəşəm ənənə -“Bosfor Kuboku”
Xalqın böyük seçimi – Azərbaycanın taleyini dəyişən tarixi dönüş
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - FOTOLAR
Oktyabrın 2-də gözlənilən hava şəraiti

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər