Azərbaycanda təhlükəsizlik sahəsində apardığı maarifləndirmə işləri və media çıxışları ilə tanınan ekspert Orxan Musayev peşəkar fəaliyyətində mühüm nailiyyət qazanıb.
Orxan Musayev bildirib ki, Böyük Britaniyanın əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində qlobal miqyasda ən nüfuzlu qurumu hesab olunan NEBOSH-un (National Examination Board in Occupational Safety and Health) "Beynəlxalq Ümumi Sertifikat" (International General Certificate – IGC) proqramını uğurla başa vuraraq beynəlxalq dərəcəli kvalifikasiya əldə edib.
Qeyd edək ki, Orxan Musayev ilk ali təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsində "Elektrik mühəndisliyi", ikinci ali təhsilini isə ADNSU-nun Qaz-neft mədən fakültəsində "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə alıb.

O, hazırda ölkənin metallurgiya sahəsində metal məmulatlarının istehsalı və satışı üzrə aparıcı müəssisələrindən olan "Unimetal" MMC-də Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit şöbəsinin rəhbəri vəzifəsində çalışır.
O. Musayev, həmçinin aparıcı media qurumlarında və televiziya efirlərində sənaye və texniki təhlükəsizlik, istehsalat qəzalarının profilaktikası, eləcə də əməyin mühafizəsi məsələləri üzrə mütəmadi olaraq peşəkar ekspert rəyləri ilə çıxış edir.
Ekspert bildirib ki, bu növ qlobal sertifikatların qazanılması ölkəmizdə sənaye təhlükəsizliyi mədəniyyətinin ən qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması və yerli müəssisələrdə risklərin idarə olunması sisteminin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar
C. Steinweg Group” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
Oktyabrın 8-də gözlənilən hava şəraiti
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına
Ağdam rayonuna mediatur təşkil edilib
Sülh sözlə başlayır: ünsiyyətin insanlıq üçün böyük məsuliyyəti
TAU rektoru Türkiyədə yeni tədris ilinin açılışında iştirak edib
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına
İmam Qəzali: şöhrəti tərk edib həqiqəti axtaran alim
Bakıda Azərbaycan-Türkiyə ortaq oxu proqramının açılış paneli keçirilib
İstanbul Boğazında 25 illik möhtəşəm ənənə -“Bosfor Kuboku”
Xalqın böyük seçimi – Azərbaycanın taleyini dəyişən tarixi dönüş
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - FOTOLAR
Oktyabrın 2-də gözlənilən hava şəraiti

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər