Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Yeni Azərbaycan Partiyasının VIII qurultayına hazırlıq çərçivəsində 2026-cı il sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatı tərəfindən ümumilikdə 16239 nəfərin iştirakı ilə keçirilən hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilmiş və əldə olunmuş nəticələr təhlil edilərək geniş müzakirələr aparılmışdır. Bütün konfranslarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət birmənalı olaraq yekdilliklə dəstəklənmiş, Onun Azərbaycanın qazandığı nailiyyətlərdə, müstəqilliyinin qorunmasında, ərazi bütövlüyünün və mütləq suverenliyininin təmin edilməsində titanik fəaliyyəti xüsusilə vurğulanmış və Azərbaycanın nəinki Cənubi Qafqazda, daha geniş coğrafiyada söz sahibinə çevrildiyi qürurla qeyd edilmişdir. Hesabat konfranslarının yekunlarına əsasən rayon və şəhər təşkilatları tərəfindən VIII Qurultaya 960 nəfər nümayəndə seçilmişdir. Qurultay oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.






Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Milli Qurtuluş Günü Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərimizin başlanğıcı oldu
Görkəmli alim, nəcib və xeyirxah insan, qayğıkeş ana
Pərakəndə ticarət dövriyyəsi haqqında
Fuad Hüseynov BMT QAK-ın sessiyasında Böyük Qayıdış prosesi barədə danışıb
2026-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətləri haqqında
Kənd Təsərrüfatı Nazirliyində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
YAP-dan türkiyəli rəsmilərin Azərbaycanla bağlı açıqlamalarına - Etiraz
Laos Prezidenti Zəfər parkı və Fəxri xiyabanda
2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı xidmətləri haqqında
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Oktyabrın 14-də gözlənilən hava şəraiti
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib
Kənd təsərrüfatı məhsulu istehsalı haqqında
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
Türkiyə mədəni irsin qorunmasında dron texnologiyasından istifadə edir
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
Vətən müharibəsinin on yeddinci günü: Polad iradənin zəfər yürüşü və sarsılmaz xalq birliyi

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər