lider-media.az

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Baxış: 1126 Tarix: Сегодня, 11:24

Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə bu ölkənin Yaranması Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, aramızda formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir.

“Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi