
2002-ci il sentyabrın 30-da Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun qəbul edildi
Dil xalqın tarixini yaşadan ən etibarlı yaddaşdır. Bir millətin əsrlər boyu formalaşan düşüncə tərzi, mənəvi dünyası, adət-ənənələri, ədəbiyyatı və mədəniyyəti onun dilində öz əksini tapır. Azərbaycan dili də xalqımızın zəngin tarixi-mədəni irsini nəsildən-nəslə çatdıran, milli kimliyimizi qoruyan və müstəqil dövlətçiliyimizin mühüm atributlarından biri olan böyük mənəvi sərvətdir.
Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi müstəqil dövlət quruculuğunun mühüm istiqamətlərindən birini təşkil edir. Bu sahədə həyata keçirilən ardıcıl dövlət siyasəti dilimizin hüquqi statusunun möhkəmləndirilməsinə, onun dövlət və ictimai həyatın bütün sahələrində geniş tətbiqinə möhkəm zəmin yaradıb.
Azərbaycan dilinin dövlət dili statusu müstəqil Azərbaycanın Əsas Qanununda ən yüksək hüquqi səviyyədə təsbit olunub. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu müəyyənləşdirilib. Konstitusiyada, həmçinin dövlətin Azərbaycan dilinin inkişafını təmin etdiyi, ölkə əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsi və inkişafına da təminat verildiyi göstərilir.
Bu müddəa dövlət dilinin yalnız rəsmi ünsiyyət vasitəsi deyil, müstəqil Azərbaycanın konstitusion əsaslarından biri olduğunu təsdiqləyən mühüm hüquqi normadır.
Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində 2001-ci ildə mühüm addımlar atıldı. İyunun 18-də ümummilli lider Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Sənəddə Azərbaycan dilinin dövlət dili kimi geniş tətbiqi, onun qorunması və inkişafı ilə bağlı mühüm vəzifələr müəyyənləşdirildi. Fərmanda dilin xalqın milli varlığını müəyyən edən başlıca amillərdən biri olduğu xüsusi vurğulanırdı.
Həmin ilin avqustun 9-da Prezident Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzaladı. Fərmana əsasən hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Sənəddə latın qrafikalı Azərbaycan əlifbasına keçidin 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyi və bunun ölkənin ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu qeyd olunur.
Beləliklə, Azərbaycan dilinin dövlət dili kimi inkişafında 2001-ci il mühüm mərhələyə çevrildi. Dövlət dili siyasəti yalnız hüquqi statusun müəyyənləşdirilməsi ilə məhdudlaşmadı, milli əlifbanın tətbiqi və dilimizin ictimai həyatdakı mövqeyinin möhkəmləndirilməsi ilə tamamlandı.
Dövlət dili haqqında Qanunun qəbul edilməsi
2002-ci il sentyabrın 30-da Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunun daha əhatəli şəkildə tənzimlənməsi istiqamətində tarixi əhəmiyyətli addım atıldı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunu imzaladı. Müvafiq Qanun Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı ilə bağlı əsas məsələləri müəyyənləşdirdi. Qanun dərc olunduğu gündən qüvvəyə mindi.
Qanunun girişində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsinin müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri olduğu vurğulanır və dövlətin onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qaldığı bildirilir. Sənəd həmçinin dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradılmasını nəzərdə tutur.
Qanunun birinci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu təsbit edilir. Sənəddə dövlət dilinin ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi ilə bağlı mühüm müddəalar yer alır. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, hüquqi şəxslərdə və digər müvafiq qurumlarda dövlət dilinin tətbiqi hüquqi baxımdan tənzimlənir.
Qanunun mühüm cəhətlərindən biri də Azərbaycan ədəbi dilinin normalarının qorunmasına xüsusi diqqət yetirilməsidir. Sənəd kütləvi informasiya vasitələrinin, kitab nəşri və digər nəşriyyat fəaliyyəti ilə məşğul olan qurumların Azərbaycan dilinin normalarına riayət etməsini tələb edir. Bu müddəa mətbuatın və söz sənətinin qarşısında da mühüm məsuliyyət qoyur.
Qanunun qəbul edilməsi ilə dövlət dilinin hüquqi statusu daha sistemli şəkildə müəyyənləşdirildi və onun qorunması ilə yanaşı, inkişaf etdirilməsi də dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təsbit olundu
Sonrakı mərhələdə Azərbaycan dilinin inkişafı dövlət siyasətinin diqqət mərkəzində saxlanıldı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu istiqamətdə bir sıra mühüm sənədlər qəbul edildi. 2004-cü ildə latın qrafikası ilə Azərbaycan dilində kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı tədbirlər milli ədəbiyyatımızın, elmi irsimizin və müxtəlif sahələr üzrə nəşrlərin yeni əlifba ilə geniş oxucu auditoriyasına çatdırılmasına imkan yaratdı.
2012-ci il mayın 23-də Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edildi. Dövlət Proqramında Azərbaycan dilinin qorunması və inkişafı, onun müasir tələblərə uyğun istifadəsi, dilçilik elminin inkişaf etdirilməsi və dilimizin imkanlarının genişləndirilməsi ilə bağlı vəzifələr müəyyənləşdirildi. Rəsmi sənəddə 2001 və 2003-cü illərdə qəbul edilmiş mühüm sənədlərin Azərbaycan dilinin fəaliyyət meydanının genişlənməsinə xidmət etdiyi də qeyd olunur.
Müasir dövrdə dil siyasətinin qarşısında yeni vəzifələr dayanır. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsal kommunikasiya Azərbaycan dilinin də yeni mühitlərdə geniş və düzgün istifadəsini zəruri edir. Bu baxımdan dilimizin elektron məkanda imkanlarının genişləndirilməsi, ədəbi dil normalarının qorunması və Azərbaycan dilinin elmi-texniki terminologiyasının zənginləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Ana dilimiz əsrlərin sınağından keçərək bu günümüzə gəlib. Nəsiminin fəlsəfi düşüncəsində, Füzulinin poetik dünyasında, Vaqifin xalq ruhunda, Cəlil Məmmədquluzadənin publisistik sözündə, Üzeyir Hacıbəylinin sənət dilində Azərbaycan dilinin zənginliyi və ifadə qüdrəti özünü göstərib. Bu böyük irs bu gün də milli düşüncəmizin formalaşmasına xidmət edir.
Dil yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin təminatıdır. Ona görə də Azərbaycan dilinin qorunması onu yalnız yad təsirlərdən mühafizə etmək deyil, eyni zamanda elmin, təhsilin, texnologiyanın, mətbuatın və müasir idarəçiliyin dili kimi daim inkişaf etdirmək deməkdir.
30 sentyabr 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun bu böyük yolun mühüm hüquqi mərhələlərindən biridir. Həmin sənəd Azərbaycan dilinin dövlət dili kimi statusunu daha əhatəli şəkildə müəyyənləşdirərək onun tətbiqi, qorunması və inkişafı üçün hüquqi çərçivəni möhkəmləndirib.
Bu gün Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili, xalqımızın milli-mənəvi varlığının ifadəsi və dövlətçilik düşüncəmizin ayrılmaz hissəsidir. Onu qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki dilə sahib çıxmaq, əslində, tariximizə sahib çıxmaq, milli yaddaşımızı yaşatmaq və gələcək nəsillərə daha zəngin Azərbaycan mirası ötürmək deməkdir.
Nurəngiz Adilqızı

Yasamal rayonunda “Dilimiz milli kimliyimizdir” adlı tədbir
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Ərazi bütövlüyümüzün bərpası ilə Konstitusiyanın müddəaları tam yerinə yetirildi - FƏRHAD ABDULLAYEV
Vüqar Rəhimzadə: Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir
Ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb