lider-media.az

Canni İnfantinodan Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım

Baxış: 1380 Tarix: 29-09-2026, 17:17

FIFA prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. 56 yaşlı funksioner bu barədə instaqram hesabında paylaşım edib.

“Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən şərəf hissi duydum. FIFA-ya verdiyi dəstəyə, tarixdə ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalına ev sahibliyinə görə cənab Prezidentə təşəkkür etdim.

Azərbaycan Prezidenti gənclərə imkan yaratmaq və icmaları birləşdirmək baxımından futbolun rolunu gözəl başa düşür. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə futbolun inkişafı layihələrini davam etdirərkən Prezident İlham Əliyevin dəstəyini hiss etməkdən məmnunluq duyuram”, - deyə paylaşımda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi