lider-media.az

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Baxış: 118 Tarix: Сегодня, 12:20

Hacıqabul Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda növbəti Aqrar Biznes Festivalı və  Toxum Sərgi-Satış Yarmarkası keçirilib.

Tədbirin əsas məqsədi aqrar sahədə tətbiq olunan yeniliklər, fermerlərin dövlət dəstək mexanizmləri, maliyyə alətləri və digər xidmətlər barədə məlumatlandırılması, həmçinin dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər və fermerlər arasında birbaşa əlaqələrin genişləndirilməsi olub. Festival çərçivəsində kənd təsərrüfatı məhsulları və texnikası, innovativ həllər, maliyyə və sığorta xidmətləri, eləcə də fermerlər üçün digər məhsul və aqrar xidmətlər təqdim olunub.  

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonda kənd təsərrüfatının inkişafı, fermerlərin fəaliyyətinin dəstəklənməsi və belə tədbirlərin yerli istehsalçılar üçün əhəmiyyətindən danışıb. İcra başçısı dövlətin aqrar sahəyə dəstək mexanizmləri barədə məlumat verib, həmçinin fermerlərin müasir texnologiyalardan istifadəsinin və  keyfiyyətli toxum təminatının toxumçuluğun inkişafına təsirini diqqətə çatdırıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkalarının fermerlərlə dövlət qurumları, toxumçuluq subyektləri və aqrar sahədə fəaliyyət göstərən şirkətlər arasında birbaşa əlaqələrin yaradılmasına verdiyi töhfədən bəhs edib.

Digər çıxışlarda da aqrar istehsalda tətbiq olunan innovativ texnologiyalar, həmçinin toxumçuluq sahəsində görülən işlər diqqətə çatdırılıb.

Festivalda fermerlərə müxtəlif kənd təsərrüfatı bitkilərinin sertifikatlı toxumları təqdim olunmaqla yanaşı, əkin üçün düzgün sort seçiminin məhsuldarlığa təsiri, aqrotexniki qulluq qaydaları və torpaq-iqlim xüsusiyyətlərinə uyğun toxum istifadəsi barədə ətraflı məlumat verilib.

Festival çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın  əsas hədəflərini və istiqamətlərini əks etdirən posterlər sərgilənib. Proqramın əsas istiqamətləri eləcə də Aqrar Subsidiya Şurasının toxumçuluqla bağlı yeni qərarları barədə də fermerlərin məlumatlandırılması həyata keçirilib.

Sərgi çərçivəsində növbəti Toxum Sərgi-Satış yarmarkası keçirilib. Yarmarkada  Şirvan-Salyan iqtisadi rayonunda fəaliyyət göstərən toxum istehsalçıları, dövlət qurumları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər. Kənd Təsərrüfatı Nazirliyinin stendində ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi