lider-media.az

Çex Respublikası ilə iqtisadi əməkdaşlığa dair müzakirələr aparılıb

Baxış: 1508 Tarix: 23-09-2026, 19:26

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Çex Respublikası ilə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Anar Axundov ölkəmizdə səfərdə olan Çex Respublikasının xarici işlər nazirinin müavini Mari Şatardova ilə görüşüb.

Görüşdə enerji, nəqliyyat, əczaçılıq, texnologiya transferi və digər sahələrdə əməkdaşlıq üçün geniş potensial qeyd edilib. Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin, iki ölkə arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi