lider-media.az

İnsan kapitalının inkişafı və əməkdaşların rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə diqqət artırılır

Baxış: 147 Tarix: Сегодня, 19:23

İqtisadiyyat Nazirliyində əməkdaşların rəqəmsal səriştələrinin artırılması və süni intellekt texnologiyalarından səmərəli istifadəsi üzrə təlimlərin keçirilməsi davam etdirilir.

Kadr potensialının peşəkarlığının artırılması və rəqəmsal alətlərdən istifadə imkanlarının genişləndirilməsi ölkəmizin rəqabət qabiliyyətinin yüksəldilməsində strateji önəm kəsb edir. Bu baxımdan, dövlət başçısı tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt texnologiyalarının tətbiqi və iqtisadiyyatın transformasiyası üzrə müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən əməkdaşların daxili və xarici təlim proqramlarında fəal iştirakı təmin edilir.

Bu çərçivədə, Nazirliyin İqtisadi Elmi Tədqiqat İnstitutunun Təlim Tədris Mərkəzinin təşkilatçılığı ilə əməkdaşlar üçün “Generativ süni intellekt” mövzusunda təlimlər keçirilib.Təlim proqramı çərçivəsində süni intellekt alətlərinin gündəlik iş fəaliyyətində səmərəli tətbiqi, data analitikası, məlumatların vizuallaşdırılması və tapşırıqların optimallaşdırılması üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

Bununla yanaşı, yeni texnologiyaların tətbiqi zamanı təhlükəsizlik və etik standartlara riayət olunması məqsədilə “Süni intellektdən etik və məsuliyyətli istifadə” mövzusunda təlimlər təşkil edilib. İştirakçılara xidməti fəaliyyətdə fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi və məxfilik prinsipləri gözlənilməklə süni intellektdən təhlükəsiz istifadə qaydaları, kiberrisklərdə etik çərçivələrin tətbiqi məsələləri müzakirə edilib.

Eyni zamanda, innovativ kadr potensialının inkişafı istiqamətində İqtisadiyyat Nazirliyinin yüksək intellektual səviyyəyə, rəqəmsal səriştələrə və idarəçilik potensialına malik əməkdaşlarının müəyyən edilməsinə, onların hərtərəfli inkişafının təmin olunmasına və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən “Uğur yolu” karyera inkişafı proqramı çərçivəsində iştirakçıların rəqəmsal dövrün tələblərinə uyğun liderlik bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncə tərzinin formalaşdırılması və texnoloji kompetensiyalarının gücləndirilməsi məqsədilə “Rəqəmsal transformasiya və süni intellektin tətbiqi” mövzusunda təlim keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi