lider-media.az

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Baxış: 167 Tarix: Сегодня, 17:52

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Panel müzakirədə Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Sığorta Fondunun, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, bank sektorunun nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə kənd təsərrüfatı istehsalçılarının dövlət dəstəyi alətlərindən yararlanma imkanları, subsidiyalaşdırma mexanizmləri, aqrar sığortanın tətbiqi, kənd təsərrüfatı fəaliyyəti üçün maliyyə resurslarına çıxış və güzəştli kredit imkanları müzakirə olunub.

Bununla yanaşı, su təminatı və meliorasiya, kənd təsərrüfatı məhsullarının istehsalı və dövriyyəsi zamanı qida təhlükəsizliyi tələbləri, məhsulların sertifikatlaşdırılması prosedurları və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Dövlət Proqramında aqrar sahə üzrə nəzərdə tutulan tədbirlər, dövlət dəstəyi mexanizmləri və bu istiqamətdə fermer və sahibkarlar üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklif və təşəbbüsləri dinlənilib.

Sonda fermer və sahibkarların ünvanladığı suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi