lider-media.az

Türkiyə COP31-in fəaliyyət gündəliyini Nyu-Yorkda təqdim edib

Baxış: 166 Tarix: Вчера, 15:56

post-img

Türkiyə noyabr ayında Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına - COP31-ə hazırlıqları davam etdirir.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum bu gün Nyu-Yorkda BMT Baş Qərargahında konfransın Fəaliyyət Gündəliyinin təqdimatını keçirib. Anadolu Agentliyinin məlumatına görə, tədbirdə əsas diqqət iqlim üzrə qarşıya qoyulan hədəflərin konkret, ölçülə bilən və həyata keçirilə bilən tədbirlərə çevrilməsinə yönəldilib.

Murat Kurum bildirib ki, iqlim böhranının aktuallığı, ümumi hədəflərin müəyyənləşdirilməsi və müxtəlif ölkələrdə praktik həllərin mövcudluğu ilə bağlı beynəlxalq səviyyədə geniş fikir birliyi formalaşıb. Onun sözlərinə görə, əsas məsələ mövcud həllərin daha sürətlə həyata keçirilməsidir.

COP31-in fəaliyyət gündəliyində iqlimə davamlı şəhərlərin qurulması, okean və dənizlərin qorunması, ərzaq təhlükəsizliyi və dayanıqlı səhiyyə sistemlərinin inkişafı kimi istiqamətlər xüsusi yer tutur. Türkiyə tərəfi bu istiqamətlər üzrə praktiki tədbirlərin sürətləndirilməsini qarşıya məqsəd qoyub.

Təqdimat çərçivəsində BMT rəsmiləri, COP30 və COP31 nümayəndələri, müxtəlif ölkələrin nazirləri və nazir müavinləri, habelə beynəlxalq maliyyə qurumlarının təmsilçiləri çıxış ediblər.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının məlumatına əsasən, COP31 9-20 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində, EXPO Mərkəzində keçiriləcək. Konfransda Paris Sazişi və Kioto Protokolu çərçivəsində də müvafiq sessiyalar təşkil olunacaq.

Türkiyə COP31-in ev sahibi kimi konfransın iqlim üzrə beynəlxalq əməkdaşlığın və praktiki fəaliyyətin gücləndirilməsinə töhfə verməsini hədəfləyir. Ankara COP31 çərçivəsində qəbul ediləcək təşəbbüslərin Antalya sammitindən sonra da davam etdirilməsini nəzərdə tutur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi