Hər bir insanın əməyinin ədalətli qiymətləndirilməsi və gördüyü işin dəyərinə uyğun əməkhaqqı alması sosial ədalətin mühüm göstəricilərindən biridir. Bu baxımdan 18 sentyabr Beynəlxalq Bərabər Əməkhaqqı Günü qadın və kişilərin bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı alması prinsipini diqqət mərkəzinə gətirən əlamətdar tarixdir.
18 sentyabrın Beynəlxalq Bərabər Əməkhaqqı Günü elan edilməsi barədə qərar BMT Baş Assambleyası tərəfindən 2019-cu il noyabrın 15-də qəbul edilmiş müvafiq qətnamə ilə verilib. Qətnaməyə əsasən, bu gün hər il sentyabrın 18-də qeyd edilir və onun keçirilməsinə 2020-ci ildən başlanılıb. Qərarın əsas məqsədi eyni və ya bərabər dəyərli əməyə görə bərabər ödəniş prinsipinin həyata keçirilməsinə diqqəti artırmaqdır.
Əslində, bu prinsipin beynəlxalq hüquqi təməli daha əvvələ gedib çıxır. Beynəlxalq Əmək Təşkilatının 1951-ci ildə qəbul etdiyi “Bərabər əməyə görə bərabər ödəniş” haqqında 100 saylı Konvensiya qadın və kişilərin bərabər dəyərli əməyə görə bərabər ödəniş almasını fundamental əmək hüququ kimi təsbit edib. BMT də Beynəlxalq Bərabər Əməkhaqqı Gününün məhz bu prinsipin həyata keçirilməsinə yönəlmiş uzunmüddətli beynəlxalq səylərin nəticəsi olduğunu bildirir.
Bu məsələ bu gün də qlobal miqyasda aktuallığını qoruyur. BMT-nin məlumatına görə, dünyada qadınların əməkhaqqı orta hesabla kişilərin əməkhaqqından təxminən 20 faiz aşağıdır. Əməkhaqqı fərqinin yaranmasına yalnız eyni vəzifəyə görə müxtəlif ödəniş məsələsi deyil, həm də əmək bazarında peşə və sahə seçimi, rəhbər vəzifələrə çıxış imkanları, ailə və qayğı öhdəliklərinin qeyri-bərabər bölüşdürülməsi, stereotiplər və digər struktur amillər təsir göstərir.
Azərbaycan da beynəlxalq səviyyədə qəbul olunmuş bu prinsipə qoşulan ölkələr sırasındadır. Ölkəmiz Beynəlxalq Əmək Təşkilatının 1951-ci il tarixli 100 saylı Konvensiyasını ratifikasiya edib. Bundan əlavə, Azərbaycan 2025-ci il dekabrın 22-də BƏT, BMT Qadınlar və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya EPIC-ə qoşulub. Bu addım bərabər dəyərli əməyə görə bərabər ödənişin təmin edilməsi istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanda bu sahədə mühüm hüquqi addımlardan biri də 2026-cı ildə atılıb. Mayın 1-də imzalanmış qanunla Əmək Məcəlləsinə və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna dəyişiklik edilib. Əmək Məcəlləsinə əlavə edilən yeni müddəaya əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. Qanunda işin bərabər dəyərinin müəyyənləşdirilməsi zamanı əmək şəraitinin, əmək funksiyasının xarakterinin və tarif-ixtisas xüsusiyyətlərinin nəzərə alınması da təsbit edilib.
2026-cı ilin ilk rübündə Azərbaycanda muzdla çalışan işçilərin ümumi orta aylıq nominal əməkhaqqısı 1151,5 manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, aprelin 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 797,6 min nəfər olub. Bu rəqəmlər əmək münasibətlərinin iqtisadi və sosial həyatımızdakı miqyasını aydın göstərir.
Bərabər əməkhaqqı məsələsi yalnız qadın və kişilər arasında fərqin aradan qaldırılması kimi qəbul edilməməlidir. Burada daha geniş bir prinsip - insan əməyinin obyektiv və şəffaf meyarlarla qiymətləndirilməsi prinsipi dayanır. Eyni və ya bərabər dəyərli işə görə əməkhaqqının cinsindən asılı olmadan müəyyənləşdirilməsi işçinin hüquqlarının qorunmasına, əmək münasibətlərində şəffaflığın gücləndirilməsinə və sağlam iş mühitinin formalaşmasına xidmət edir.
Beynəlxalq Əmək Təşkilatının 2026-cı ilin iyununda Azərbaycanda keçirdiyi texniki seminarda da bərabər əməkhaqqının təmin edilməsi üçün yalnız qanunvericiliyin mövcudluğunun deyil, etibarlı statistik məlumatların, gender baxımından neytral iş qiymətləndirməsi sistemlərinin, effektiv icra mexanizmlərinin və sosial dialoqun vacibliyi vurğulanıb.
Bu günün əsas mənası da məhz bundan ibarətdir: insan əməyinin dəyəri cinslə deyil, görülən işin məzmunu, məsuliyyəti, bacarıq və əmək şəraiti kimi obyektiv meyarlarla müəyyən edilməlidir. Bərabər əməyə bərabər haqq prinsipi yalnız əmək hüququnun deyil, həm də ədalətli cəmiyyət və dayanıqlı iqtisadi inkişafın mühüm şərtidir. Azərbaycanın qanunvericiliyində son illərdə atılan addımlar bu istiqamətdə hüquqi bazanın daha da möhkəmləndiyini göstərir. Qarşıda duran əsas vəzifə isə həmin hüquqi prinsiplərin əmək münasibətlərində ardıcıl və şəffaf şəkildə tətbiqini təmin etməkdir.
Nurəngiz Adilqızı


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb