Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi məmnunluqla qeyd edildi. Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparıldı. Ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm körpü rolu oynadıqları vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizin əlaqələndirilməsinin önəmi qeyd olundu.
Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıldı.







ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Hakan Fidan Ceyhun Bayramovla görüşüb
Əziz Səncər Prezidentə təşəkkür edib
Fərhad Pirinççi: Biz mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə etməliyik
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
Sentyabrın 16-da gözlənilən hava şəraiti
Burhanəddin Duran: "Zaman Türk dövlətlərindən daha sıx əməkdaşlıq tələbini ortaya qoyur
Gəncədə kəlbəcərli məktəblilərdən fləşmob: "Təhsilimizlə qayıdırıq!"
Türkiyə XİN Azərbaycanı təbrik edib
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclas keçirilir
Böyük Qayıdış: Növbəti köç karvanı ilə 50 ailə yola salınıb
Türkiyəli səfir Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib
15 sentyabr – Bakının azadlıq salnaməsində əbədi tarix
48 cinayətin açılması təmin olunub
Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib
Hikmət Hacıyev Türkiyənin Kommunikasiya İdarəsinin nümayəndə heyətini qəbul edib
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclas keçiriləcək
Yeniyetməlikdə orqanizmdə nələr baş verir? – Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib açıqlamalar
Azərbaycan qadını: zəhməti, fədakarlığı və quruculuq əzmi ilə
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?