Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin üçüncü iclasında iştirak edib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlığa, o cümlədən ekstremizmə, insan alverinə, informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində birgə mübarizə tədbirləri müzakirə edilib. Cinayət təqibindən yayınan şəxslərin axtarışında və itkin düşmüş vətəndaşların yerinin müəyyən edilməsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Tədbir zamanı TDT-yə üzv və müşahidəçi dövlətlər arasında Cinayətkarlıqla Mübarizə Şurasının yaradılması haqqında Saziş layihəsi də müzakirə olunub. Tədbirdə tərəflər Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin üçüncü toplantısının Bəyannaməsini imzalayıblar.
İclasın yekununda TDT-yə üzv dövlətlərin daxili işlər nazirlərinin 4-cü görüşünün 2027-ci ildə Türkiyə Respublikasında keçirilməsi barədə qərar qəbul edilib.
Görüş çərçivəsində Azərbaycan və Qırğız respublikalarının daxili işlər nazirləri “Cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlış haqqında Saziş”i imzalayıblar.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən biridir
Milli Məclisin plenar iclasında
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
İİV haqqında tez-tez soruşulan suallar – Səhiyyə Nazirliyinin mütəxəssisi cavablandırır
Sentyabrın 12-də gözlənilən hava şəraiti
Ağdərədə mina partlayışı: bir nəfər xəsarət alıb
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan nefti bahalaşdı
Tanınmış jurnalistdə Xərçəng aşkarladı - “Vaxtımı dondurmaq istəyirəm”
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzurda
Ombudsman yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə baş çəkib
Sentyabrın 11-də Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Qəbələdə növbəti "Sosial dəstək – sağlam gələcək" layihəsi uğurla həyata keçirilib
İstehlak qiymətlərinin dəyişməsi haqqında
Azərbaycanın yəhudi icmasına
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Səfərbərlik ehtiyatlarının nomenklaturası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
XİN Qara dənizdə yük gəmisinin dron hücumlarına məruz qalması ilə bağlı məlumat yayıb
Dünya Bankının nümayəndə heyəti ilə görüş
Növbəti köç karvanı Şükürbəylidə
Xətaidə şəhid övladları ilə görüş

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?