lider-media.az

Son onillikdə istiləşmənin səviyyəsi rekord göstəricilərə yüksəlib

Baxış: 275 Tarix: 6-06-2024, 08:21

İnsan fəaliyyətinin səbəb olduğu istiləşmənin səviyyəsi rekord göstəricilərə yüksəlib: son onillikdə (2014-2023-cü illər) bu göstərici 1,19°C-yə çatıb, bu, 2013-2022-ci illərdəki 1,14°C-ni üstələyir. 

Lider-media.az xəbər verir ki, bu barədə Lids Universitetinin (Böyük Britaniya) tərəfindən hazırlanmış “Qlobal iqlim dəyişmələrinin indikatorları” adlı ikinci illik hesabatında deyilir.

2023-cü ildə antropogen istiləşmə 1,3°C-ə çatıb, eyni zamanda ümumi istiləşmə 1,43°C təşkil edib, bu da El-Ninyo kimi təbii amillərin əhəmiyyətli təsirindən xəbər verir.

Hesabatda qeyd olunur ki, qalan “karbon büdcəsi”, yəni 1,5°C qlobal istiləşmə səviyyəsinə çatmazdan əvvəl atıla bilən karbon qazının miqdarı təxminən 200 milyard ton təşkil edir. Bu, təxminən beş illik cari emissiyalara uyğundur.

Layihənin rəhbəri professor Pirs Forster qeyd edir ki, istixana qazları emissiyalarının azaldılmasına dair tədbirlərə baxmayaraq, qlobal temperatur artmaqda davam edir.

Noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində alimlər tullantıların azaldılması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə sürətləndirilmiş tədbirlərin vacibliyini vurğulayırlar. Ekspertlərin fikrincə, Paris Sazişi ilə müəyyən edilmiş tullantıların azaldılması üzrə məqsədlərə nail olmaq üçün daha qətiyyətli addımlar atılmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi