lider-media.az

Azərbaycan-Özbəkistan arasında qərargah danışıqları keçirilib

Baxış: 1211 Tarix: Сегодня, 10:02

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları" keçirilib. Bu barədə MN məlumat yayıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında keçirilən görüşlərin iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyi qeyd olunub.

Görüşdə "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2027-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı"nın layihəsi müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi