AMEA-nın Rəyasət Heyətinin iclas zalında Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, dünya şöhrətli görkəmli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.Konfransa onlayn qoşulan professor Əziz Səncər geniş nitq ilə çıxış edib. Həmin nitqi təqdim edirik:
“Fəaliyyətimə yüksək qiymət verdiyi və məni “Şöhrət” ordeni ilə təltif etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm.
Mənə dəyər verdiyiniz və 80 illik yubileyimi qeyd etdiyiniz üçün Sizlərə də minnətdarlığımı bildirirəm. Mənim üçün çox gözəl sözlər söylədiniz, çox sağ olun, təşəkkür edirəm.
Bəli, mən türk elminə xidmət etmişəm. Lakin məndən soruşsanız, Qarabağı azad etmək üçün canını verən azərbaycanlı əsgərlərimiz mənim qədər türklük üçün fədakarlıq etmişdir. Bunu heç vaxt unutmayın. Qarabağ həmişə mənim ağlımdadır. Qarabağın azad edilməsi mənim üçün, Türk dünyası üçün bir dönüş nöqtəsidir.
Çünki Türkiyə Cümhuriyyətinin 1922-ci ildə düşməni Türkiyədən təmizləməsi və 2020-ci ildə Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə biz Türk dünyası olaraq artıq vətənimizə sahib olduq. Bundan sonra bizə düşən elm yaratmaq və sivilizasiya sahəsində, sivilizasiyada qabaqcıl dövlətlər səviyyəsinə çatmaqdır. Bu baxımdan Qarabağ müharibəsində şəhid olan, qazi olan övladlarımızı, qardaşlarımızı heç vaxt unutmayın. Mən unutmuram. Ümid edirəm ki, heç bir azərbaycanlı qardaşım da unutmaz. Bu, mənim həmişə ağlımdadır.
Təbii ki, bir elm adamı olaraq mənim elm haqqında xüsusi fikirlərim var. Biz Türk dünyası olaraq böyük insan gücünə sahibik. Çox istedadlı gənclərimiz var. Bu gənclərə imkan verib onları elmə yönəltsək və çalışmalarını təşviq etsək, Türk dünyasının elmdə dünyanın ən qabaqcıl səviyyəsinə çata biləcəyinə inanıram.
Biz keçmişimizlə fəxr edirik. Özbəkistandan Azərbaycana, Türkiyəyə, Balkanlara qədər bizim böyük bir keçmişimiz var. Lakin Türk dünyası keçmişdə elmə və insanların ortaq sivilizasiyasına böyük töhfələr verməsinə baxmayaraq, yaxın zamanlarda bunu edə bilməmişdir. Biz keçmişlə öyünməklə heç bir yerə çata bilmərik. Biz bu gün nə edəcəyimizlə, nə etdiyimizlə fəxr etməliyik və buna görə elmə və texnologiyaya ağırlıq verməliyik.
Uşaqlarımıza kiçik yaşlardan etibarən təcrübə aparmağı və sual verməyi öyrətməli, qız və oğlan uşaqlarımıza eyni təhsil imkanlarını təmin etməliyik. Elm adamlarına ləyaqətə əsaslanan imkanlar və azad iş mühiti yaratmalıyıq.
Türk dövlətlərindən məqsədim Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə və Türkmənistanın universitetləri, araşdırma mərkəzləri, düşüncə institutları və elm adamları arasındakı əməkdaşlığı gücləndirməkdən ibarətdir. Düşüncə qurumlarımızın elmi biliklə qərarvermə prosesləri arasında güclü bir körpü qurması Türk dünyasının gələcəyi baxımından əhəmiyyətlidir.
Bir-birimizi tanımalı, birlikdə araşdırma aparmalı və xüsusilə gənc elm adamlarımızın ortaq çalışmalar aparmasının, birlikdə istehsal etməsinin qarşısını açmalıyıq.
Mənim üçün ən mühüm məsələlərdən biri Türk dünyasının inkişafı və türk gənclərinin elmdə ən yüksək sıralarda yer almasıdır. Bunun yolu bəllidir: Elm yaradacağıq və elm yaratmaq üçün də çox çalışacağıq.
Bakıdakı bu toplantının Türk dünyasında elm, təhsil və texnologiya əməkdaşlığının daha da güclənməsinə töhfə verməsini arzulayıram. Ümid edirəm ki, bütün Türk və Azərbaycan xalqı bu toplantıdan xəbərdardır və ya dinləyirlər. Ortaq çalışmamız və ya elmi inkişaf etdirməyimiz lazımdır.
Mən, əlbəttə, bir müəllim olaraq saatlarla danışa bilərəm. Lakin burada sözü qısa kəsirəm. Sözümü bitirməzdən əvvəl, bildirmək istəyirəm ki, azərbaycanlıların hamısı mənim qardaşımdır.
Azərbaycan haqqında, Türk dünyası haqqında deyəcəyim şeylər çoxdur. İnşallah, yenidən fürsət olar, sizləri ziyarət edərəm və üz-üzə danışar, bunları müzakirə edərik.
Kosovodan Kaşqara qədər türk vardır. Ümid edirəm ki, bunu hamınız ağlınızda saxlayarsınız. Türk yalnız Türkiyədə deyil, yalnız Azərbaycanda deyil, Kosovodan Kaşqara qədər uzanan böyük bir insan topluluğudur və bu böyük topluluğun həm böyük maddi, həm də insani gücü vardır. Onlardan istifadə etməli və dünyanın ən qabaqcıl dövlətləri ilə rəqabət apara biləcək vəziyyətə gəlməliyik.
İnşallah... 80 yaşındayam, Allah nə qədər ömür verərsə, o qədər yaşayaram, amma inşallah, həyatımda bunun təsirini görərəm.
Sağ olun, var olun.
Tanrı Türkü qorusun.”

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb