lider-media.az

Azərbaycan nümayəndə heyəti FAO-nun Balıqçılıq Komitəsinin 37-ci sessiyasında iştirak edir

Baxış: 168 Tarix: Сегодня, 15:34

Azərbaycan nümayəndə heyəti sentyabrın 7-dən 11-dək İtaliyanın Roma şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Balıqçılıq Komitəsinin (COFI) 37-ci sessiyasında iştirak edir.

Sessiyada bəyan edilməyən və tənzimlənməyən balıq ovu ilə mübarizə, balıqçılıq və akvakultura sahəsində beynəlxalq sazişlərin icrası, iqlim dəyişmələrinə uyğunlaşma və onların təsirlərinin azaldılması, kiçikmiqyaslı və daxili su hövzələrində balıqçılıq və akvakulturanın ərzaq təhlükəsizliyinə töhfəsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.

Azərbaycan nümayəndə heyəti ölkəmizdə balıqçılıq və akvakultura sahəsində həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib. Su bioresurslarının dayanıqlı idarə olunması, məsuliyyətli balıqçılığın təşviqi, qanunsuz balıq ovu ilə mübarizə və akvakulturanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Bununla yanaşı, iqlim dəyişmələrinin balıqçılıq və akvakultura sektoruna təsirlərinin azaldılması, sahənin strateji inkişaf istiqamətləri, elmi-tədqiqat potensialının gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycanın yanaşmaları təqdim olunub.

Sessiya çərçivəsində balıqçılıq və akvakultura sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsi, birgə layihə və təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunur.

Qeyd edək ki, 1965-ci ildə yaradılmış FAO-nun Balıqçılıq Komitəsi (COFI) təşkilatın üzv dövlətlərini balıqçılıq və akvakultura sahəsində qlobal məsələlərin müzakirəsi üçün bir araya gətirən əsas hökumətlərarası platformadır. Komitə su bioresurslarından dayanıqlı istifadə və onların mühafizəsi, balıqçılıq və akvakultura üzrə beynəlxalq siyasətin formalaşdırılması, eləcə də dövlətlər və regional balıqçılıq qurumları üçün tövsiyələrin hazırlanmasında mühüm rol oynayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi