lider-media.az

ADRA ağaclara yerləşdirilən 267 qanunsuz reklam qurğusunu söküb

Baxış: 75 Tarix: Сегодня, 15:07


Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda ağaclar üzərində qanunsuz yerləşdirilmiş 267 reklam qurğusu demontaj edilib.

Lider-media.az xəbər verir ki, ADRA tərəfindən həyata keçirilən monitorinqlər zamanı aşkar edilən qanunsuz reklam qurğularının sökülməsi ətraf mühitin və yaşıllıqların qorunması istiqamətində görülən tədbirlərin tərkib hissəsidir.

Qeyd edək ki, qanunvericiliyə əsasən reklam qurğularının ağaclarda, qayalarda və digər təbiət obyektlərində yerləşdirilməsinə icazə verilmir.

Qanunvericiliyin tələblərinə zidd quraşdırılan reklam qurğularının müəyyənləşdirilməsi və demontajı ilə bağlı nəzarət tədbirləri bundan sonra da davam etdiriləcək.

İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tələblərin pozulmasına görə fiziki şəxslər 300–500 manat, vəzifəli şəxslər 1500–2500 manat, hüquqi şəxslər isə 5000–10 000 manat məbləğində cərimə edilə bilərlər.

ADRA vətəndaşları və sahibkarları yaşıllıqlara və ətraf mühitə həssas yanaşmağa, reklam qurğularının yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.

Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi