lider-media.az

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib 

Baxış: 1512 Tarix: 7-09-2026, 18:34


M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün inşası başa çatıb.  Cəmi 38 gün ərzində mövcud körpü sökülərək onun yerində müasir norma və standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib. 

Körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki və digər yol infrastrukturu elementləri quraşdırılıb. 

Xatırladaq ki, bir müddət əvvəl magistral yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilmişdi. Yeni körpünün inşası nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi