1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik ərəfəsində yaşadığı mürəkkəb siyasi proseslərin mühüm hadisələrindən biri oldu. Naxçıvanın blokada şəraitində olduğu, Ermənistanın hərbi təzyiqlərinin artdığı və Sovet İttifaqının süqutunun artıq qaçılmaz xarakter aldığı bir vaxtda bu seçim xalqın Heydər Əliyevə olan etimadının ifadəsi idi.
Hadisənin siyasi çəkisini ondan əvvəl Naxçıvanda atılmış addımlar daha aydın göstərir. Dahi şəxsiyyət Heydər Əliyev 1990-cı il iyulun 22-də Naxçıvana qayıtdıqdan sonra muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdi. Həmin il sentyabrın 30-da Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Noyabrın 17-də isə onun sədrliyi ilə keçirilən sessiyada Naxçıvanın adından “Sovet Sosialist” sözləri çıxarıldı, Ali Sovetin Ali Məclis adlandırılması barədə qərar qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul olundu.
3 sentyabr seçkisindən cəmi dörd gün sonra – sentyabrın 7-də Naxçıvan Dövlət Müdafiə Komitəsi yaradıldı. Ardınca, oktyabrın 26-da Ali Məclis Naxçıvan ərazisində yerləşən silahlı qüvvələrin hissələrinin statusu ilə bağlı qərar qəbul etdi. Keçmiş sovet ordusu hissələrinin muxtar respublikadan çıxarılması və onlara məxsus silah-sursatın Naxçıvanda saxlanılması həmin dövrdə müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlardan biri oldu.
Naxçıvan parlamentinin müstəqillik məsələsində mövqeyi də ardıcıl idi. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 18 oktyabr 1991-ci ildə qəbul edildikdən sonra Naxçıvan Ali Məclisi oktyabrın 24-də həmin sənədə tərəfdar çıxdı. Dekabrın 16-da isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü elan edilməsi barədə qərar qəbul edildi.
1992-ci ildə Naxçıvanın blokada şəraitində iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atıldı. Mayın 28-də Naxçıvanla Türkiyəni birləşdirən “Ümid körpüsü”nün açılması muxtar respublikanın xarici əlaqələrinin genişlənməsi baxımından mühüm hadisə oldu. Həmin il aprelin 6-da isə Ali Məclisin sessiyasında zərərlə işləyən kolxoz və sovxozların fəaliyyəti və ictimai mal-qaranın özəlləşdirilməsi ilə bağlı qərarlar qəbul edildi.
3 sentyabr 1991-ci il bütün bu proseslərin fonunda öz həqiqi məzmununu qazanır. Dahi şəxsiyyət Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Naxçıvanda artıq formalaşmış milli dövlətçilik xəttinin siyasi rəhbərlik səviyyəsində möhkəmlənməsi idi. Naxçıvanda qəbul edilən qərarlar isə sonradan Azərbaycanın müstəqillik tarixinin mühüm siyasi hadisələri ilə bir-birini tamamladı.
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi və Heydər Əliyevin partiyanın Sədri seçilməsi onun siyasi fəaliyyətinin ümumrespublika miqyasına çıxmasının növbəti mühüm mərhələsi oldu. 1993-cü ilin iyununda isə xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya qayıtdı və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Beləliklə, 3 sentyabr 1991-ci il Naxçıvanın ağır sınaqlar qarşısında milli iradəsini ortaya qoyduğu və dövlətçilik xəttini daha qətiyyətlə müəyyənləşdirdiyi tarix kimi yadda qaldı. Həmin gün verilən qərar yalnız bir siyasi vəzifəyə seçki deyildi. Bu, Azərbaycanın müstəqilliyə doğru getdiyi ən həssas mərhələdə xalqın öz liderinə göstərdiyi etimadın, Naxçıvanın isə milli dövlətçilik iradəsinin ifadəsi idi.
Bu gün 3 sentyabrın mahiyyətinə nəzər salarkən bir həqiqət xüsusilə aydın görünür: müstəqilliyin siyasi əsasları yalnız onun elan edildiyi gün deyil, ona aparan çətin və məsuliyyətli yol boyunca formalaşır. Naxçıvanda 1990–1992-ci illərdə atılan addımlar və 3 sentyabr 1991-ci il seçimi həmin yolun ən mühüm mərhələlərindən biri kimi Azərbaycan dövlətçilik tarixində öz yerini tutub.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Xalq rəssamı Fərhad Xəlilova
MICHELIN Guide Türkiyənin qastronomiya mənzərəsini gözlər önünə sərəcək - dünya səviyyəsində
F.Q.Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi təşkil olunacaq
Yeni icra başçısı kollektivə təqdim olunub
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Vətən müharibəsinin iyirmi yeddinci günü: Qubadlıya doğru irəliləyən Zəfər yolu
Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib
Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
Azərbaycan nümayəndə heyəti Özbəkistanda keçirilən Ümumdünya Sammitində iştirak edib
O.F.Məmmədovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 1100-dən çox benefisiar təlimlərdən faydalanıb
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə arterial hipertenziya ilə bağlı dərman təminatı da daxil ediləcək
“Təbiətin səsi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət