Müasir dövrdə texnologiya inkişaf etdikcə, həyatın ritmi sürətləndikcə və sosial münasibətlər mürəkkəbləşdikcə insanın psixoloji yükü də artır. Artıq bir çox insanlar yalnız öz talelərinə, qərarlarına və davranışlarına görə deyil, ətraflarında baş verən hadisələrə, ailə üzvlərinin problemlərinə, yaxınlarının emosional vəziyyətinə, hətta bəzən nəzarət edə bilmədikləri proseslərə görə də məsuliyyət hiss edirlər. İlk baxışdan qayğıkeşlik, vicdanlılıq və həssaslıq kimi görünən bu xüsusiyyət müəyyən həddi aşdıqda insanın daxili dünyasında ağır günahkarlıq hissinə, narahatlığa və emosional tükənməyə çevrilə bilir.
Məhz bu aktual problem ABŞ-da Amerika Psixodinamik Psixiatriya və Psixoanaliz Akademiyasının rəsmi elmi nəşri olan Psixodinamik Psixiatriya “Psychodynamic Psychiatry” jurnalında dərc edilmiş “Hər şeyi öz üzərinə götürmə ilə bağlı günahkarlıq hissi: nəzəri, klinik və empirik xüsusiyyətlər” (“Omnipotent Responsibility Guilt: Theoretical, Clinical, and Empirical Features”) adlı araşdırmanın əsas mövzusunu təşkil edir. Tədqiqatın müəllifləri bu fenomeni psixodinamik nəzəriyyə və klinik müşahidələr əsasında təhlil edərək onun insan həyatına təsir mexanizmlərini araşdırıblar.
Məqalədə diqqət çəkən əsas məqamlardan biri budur ki, bəzi insanlar öz ehtiyaclarını arxa plana keçirərək başqalarının rifahını təmin etməyi həyatlarının əsas məqsədinə çevirirlər. Onlar düşünürlər ki, öz maraqlarını ön plana çıxarsalar, yaxınları əziyyət çəkəcək, məyus olacaq və ya zərər görəcək. Nəticədə insan özünü daim başqalarının həyatına görə cavabdeh hesab edir və real imkanlarını aşan yük daşımağa başlayır.
Tədqiqat müəlliflərinin fikrincə, bu düşüncə tərzinin kökləri çox vaxt erkən uşaqlıq dövründə yaşanan mənfi təcrübələrə dayanır. Xəstə və ya emosional problemləri olan valideynlər, ailədaxili münaqişələr, itki və ayrılıqlar, eləcə də valideyn-övlad rollarının dəyişməsi uşağın özünü ailənin rifahına görə cavabdeh hiss etməsinə səbəb ola bilər. Belə hallarda uşaq yaşına uyğun olmayan psixoloji yük götürür və bu model sonrakı həyatında da davam edir.
Araşdırmada göstərilir ki, həddindən artıq məsuliyyət hissi müxtəlif psixoloji problemlərlə əlaqəlidir. Depressiya, təşviş pozuntuları, obsesiv-kompulsiv simptomlar, aşağı özünəqiymət və davamlı narahatlıq bu şəxslərdə daha çox müşahidə olunur. İnsan nə qədər çalışsa da, hər kəsi xoşbəxt etmək və bütün problemləri həll etmək mümkün olmadığından, o, özünü daim uğursuz və günahkar hiss edir. Bu isə daxili gərginliyi daha da artırır.
Müəlliflər psixoterapiyanın bu problemin həllində mühüm rol oynadığını vurğulayırlar. Psixoterapiya vasitəsilə insan zamanla anlayır ki, hər bir fərd öz həyatına görə müəyyən məsuliyyət daşıyır və başqalarının bütün hisslərini, davranışlarını və taleyini nəzarətdə saxlamaq mümkün deyil. Bunu dərk etmək insanı əsassız günahkarlıq hissindən azad edir və daha sağlam psixoloji sərhədlər qurmağa kömək edir.
Araşdırmanın nəticələri yalnız klinik psixologiya üçün deyil, gündəlik həyat üçün də mühüm mesaj verir. Cəmiyyətimizdə tez-tez “hamının yükünü çəkmək”, “özünü qurban vermək”, “başqaları üçün yaşamaq” kimi davranışlar yüksək dəyər kimi təqdim olunur. Halbuki insanın öz ehtiyaclarını nəzərə alması eqoizm deyil, psixoloji sağlamlığın vacib şərtidir. Başqalarına dəstək olmaq ilə onların həyatına görə tam məsuliyyət daşımaq arasında ciddi fərq vardır.
Bu tədqiqat bir daha göstərir ki, insanın daşıya biləcəyi yükün də sərhədi var. Hər şeyə görə özünü cavabdeh hiss edən insan əslində həm özünü, həm də yaxınlarını yorur. Sağlam psixoloji həyat isə günahkarlıq üzərində deyil, məsuliyyət və sərhəd anlayışlarının tarazlığı üzərində qurulur. Bəzən insanın özünə verə biləcəyi ən böyük dəstək bütün dünyanın yükünü çiyinlərində daşımağa çalışmamaqdır. Çünki hər kəsin taleyinə cavabdeh olmaq mümkün deyil, lakin öz həyatına məsuliyyətlə yanaşmaq hər bir insanın gücü daxilindədir. Psixoloji sağlamlığın qorunması üçün ən vacib şərtlərdən biri də məhz məsuliyyətlə günahkarlıq hissi arasındakı sərhədi düzgün müəyyənləşdirməkdir.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib YENİLƏNİB
Türkiyə dünyanın kosmik elitasını Antalyada bir araya gətirəcək
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 4 qanun layihəsi müzakirə edildi
Türkiyə ADEX 2026-da 61 şirkətlə rekord iştiraka imza atacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib
Vilayət Eyvazov xarici dövlətlərin Polis Akademiyalarına ezam olunan polis kursantlarını qəbul edib
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Ötən gün 48 cinayətin açılması təmin olunub
Əfv sərəncamının icrası başa çatıb
Yeni Azərbaycan Partiyasnın VIII Qurultayının keçiriləcəyi tarix məlum olub
Bütün sosial ödənişlər sentyabrın 25-də yekunlaşdırılacaq
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Ərdoğan şeir söylədi, Binali Yıldırım göz yaşlarına boğuldu
Xocalının Badara və Təzəbinə kəndlərini əhatə edən yollarda yenidənqurma işləri aparılır Video
Çex Respublikası ilə iqtisadi əməkdaşlığa dair müzakirələr aparılıb
İnsan kapitalının inkişafı və əməkdaşların rəqəmsal bacarıqlarının təkmilləşdirilməsinə diqqət artırılır
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər