lider-media.az

Birinci Qarabağ müharibəsinin şəhidi Şəkidə dəfn edilib

Baxış: 219 Tarix: 5-06-2024, 17:04

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilənlərdən biri də Səbuhi Yamən oğlu Süleymanovdur.

Lider-media.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində naməlum şəhid kimi Tərtərdə şəhidlər qəbiristanlığında dəfn edilən Səbuhi Süleymanovun nəşinin qalıqları bu gün Şəkinin Cəfərabad kəndinə gətirilib.

Şəhidin nəşi əvvəlcə ailəsinə təhvil verilib. Ata yurdunda şəhid üçün vida mərasimi keçirilib.

Mərasimdə yüzlərlə kənd sakini, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci ildə anadan olub. İkiillik hərbi xidmətdən sonra döyüşlərə könüllü qatılıb. Ailədə üç övlad olublar. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi