lider-media.az

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

Baxış: 1230 Tarix: 2-09-2026, 11:22

Zati-aliləri,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost Vyetnam mühüm nailiyyətlər qazanmışdır.

Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır.

Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, energetika, sənaye, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə işbirliyimizin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan ilə Vyetnam arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edərək xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi