lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Tarix: 4-06-2024, 19:09

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 671 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissədə “420” rəqəmləri “455” rəqəmləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu” üzrə:

2.1. 1-ci hissənin ikinci–yeddinci abzasları müvafiq olaraq 1.1–1.6-cı bəndlər hesab edilsin;

2.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı

2.1. Strateji planlaşdırma və monitorinq baş idarəsi

2.2. Qanunvericilik baş idarəsi

2.3. Notariat, qeydiyyat və reyestr baş idarəsi

2.4. İcra xidməti (baş idarə səlahiyyətli)

2.5. Probasiya xidməti (baş idarə səlahiyyətli)

2.6. Beynəlxalq əməkdaşlıq baş idarəsi

2.7. Bələdiyyələrlə iş baş idarəsi

2.8. Cəzaların icrasına nəzarət baş idarəsi

2.9. İstintaq idarəsi

2.10. İnsan resursları idarəsi

2.11. Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi

2.12. Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi

2.13. Maliyyə və təminat idarəsi

2.14. Mətbuat xidməti (idarə səlahiyyətli)”;

2.3. 3-cü hissə üzrə:

2.3.1. ikinci–yeddinci abzaslar müvafiq olaraq 3.1–3.6-cı bəndlər hesab edilsin;

2.3.2. 3.5-ci bənd ləğv edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş 2 nömrəli Əlavə – “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibi”ndə “Ədliyyə sahəsində xidmətlər” sözləri “Notariat, qeydiyyat və reyestr” sözləri ilə və “İcra baş idarəsinin” sözləri “İcra xidmətinin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 iyun 2024-cü il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi