Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, bölgədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin yeni mərhələyə yüksəldilməsi və Naxçıvanın strateji əhəmiyyətinin daha da artırılması baxımından mühüm hadisədir. Deputat Pərvanə Vəliyeva “Xalq qəzeti”nə açıqlamasında dövlət başçısının səfərinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri muxtar respublikanın sosial-iqtisadi simasını tamamilə dəyişəcək və onu regionun ən müasir mərkəzlərindən birinə çevirəcək yeni bir mərhələnin başlanğıcıdır. Səfər çərçivəsində Dövlət Başçımız tərəfindən səsləndirilən fikirlər və təməli qoyulan layihələr Naxçıvanın strateji gələcəyini müəyyən edir.
İran, Türkiyə və Ermənistanla sərhədi olan Naxçıvanın Azərbaycanın ümumi geosiyasi və milli təhlükəsizlik sistemindəki strateji əhəmiyyəti daim xüsusi diqqətdə saxlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu siyasət davam etdirilib və muxtar respublikanın infrastrukturunun yenilənməsi, nəqliyyat imkanlarının artırılması, sosial obyektlərin yaradılması və iqtisadi potensialının gücləndirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib.
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur) tətbiq edilən müasir şəhərsalma təcrübəsinin Naxçıvanda da reallaşdırılması üçün konkret göstəriş vermişdir.
Dövlət başçısı işğaldan azad edilmiş bütün ərazilərdə şəhərlərin baş planlarının təsdiqləndiyini xatırladaraq, Naxçıvan şəhərinin də Baş planının hazırlanması barədə tapşırıq verdiyini açıqlayıb. Bu plan çərçivəsində şəhərdə müasir infrastrukturun yaradılması üçün əlavə tədbirlər görüləcək.
Nəqliyyatın modernləşdirilməsi də prioritet sahələrdən biridir. Naxçıvan şəhərində ekoloji təmiz nəqliyyata keçid formalaşdırılır. Şəhərdə köhnə avtobuslar tamamilə sıradan çıxarılıb və yeni elektrik avtobusları xəttə buraxılıb. Həmçinin, rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 yeni müasir avtobusun alınması nəzərdə tutulur. Naxçıvan, həm də Azərbaycanın yaşıl enerji zonalarından biridir. Elektrik avtobuslarından və günəş enerjisindən istifadənin genişləndirilməsi ilə Naxçıvanın 2050-ci ilədək xalis sıfır karbonlu əraziyə çevrilmək potensialı var və bu istiqamətdə artıq öhdəliklər götürülüb.
Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməli qoyulub ki, bu da bölgənin zəngin turizm potensialının reallaşdırılmasına xidmət edəcək. Eyni zamanda, uşaq bağçalarının tikintisi və təmiri kimi sosial məsələlərin həlli də plana daxildir.
Cənab Prezidentin sayca 17-ci olan bu səfəri bir neçə mühüm strateji hədəfə yönəlib.
Naxçıvan artıq Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası əsasında idarə olunur. Bu, həm inzibati islahatları, Prezidentin xüsusi nümayəndəliyi institutu, həm də iqtisadi planlaşdırmanı əhatə edir.
Sumqayıtdan sonra ölkədə ikinci ən böyük sənaye parkı olacaq Naxçıvan Sənaye Parkının və burada 300 meqavatlıq istilik elektrik stansiyasının təməlinin qoyulması muxtar respublikanı ixracatçı regiona çevirir.
Naxçıvanın Yaşıl enerji zonası elan edilməsi və burada 500-1000 meqavat günəş enerjisi potensialından geniş istifadə edilməsi hədəflənir. Bu isə regionda Azərbaycanı bu sahədə lider edir.
Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan strateji bir ərazi kimi deyil, regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından birinə çevrilir. 8 avqust Vaşinqton razılaşmalarından sonra Naxçıvan nəhayət ki, Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması ilə avtomobil yolu, dəmir yolu və digər bağlantılarla Azərbaycanın digər ərazilərinə birləşəcək. Bu, yalnız Azərbaycanla Naxçıvan arasında maneəsiz və çoxmodallı bağlantının təmin edilməsi demək deyil. Naxçıvan, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Bu yolların ətrafında iqtisadi fəallıq, yeni iş yerləri, turizm, ticarət, mədəni mübadilə və insanların rifahı artacaqdır.
Marşrutun Türkiyə ilə birləşdirilməsi regional və qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Mərkəzi Asiyadan Transxəzər marşrutu vasitəsilə Türkiyəyə və oradan Avropaya uzanan bu xətt ticarətdə fasiləsiz nəqliyyat bağlantısının yaradacaq və Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca yerləşən tranzit ölkələr üçün əhəmiyyətli faydalar yaradacaq.
Prezidentin qeyd etdiyi kimi, Naxçıvanda həyata keçirilən bütün bu layihələrin təməlində milli kimlik, milli ruh və insanların firavan yaşayışı dayanır.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb