lider-media.az

Bakılı məktəblilər Almaniyada keçirilən beynəlxalq proqramda tam təqaüd qazanıblar

Baxış: 1 761 Tarix: 13-08-2026, 13:19

post-img

Bakının M.Müşfiq adına 18 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdləri İnci Quliyeva və Nurgül Qurbanlı Almaniyada keçirilən beynəlxalq “Jugendkurs” proqramında iştirak etmək üçün tam təqaüd qazanıblar.

Şagirdlər yüksək nəticələri və fəallıqları ilə seçilərək Goethe-Institut və PASCH təşəbbüsü çərçivəsində üç mərhələdən ibarət seçim prosesindən uğurla keçiblər. Onlar Almaniyanın Bamberg şəhərində keçirilən 21 günlük “Jugendkurs” proqramında iştirak hüququ əldə ediblər.

Beynəlxalq proqramda 14 ölkədən 70-dən çox şagird iştirak edir. Proqram çərçivəsində iştirakçıların alman dili biliklərinin və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, Almaniyanın mədəniyyəti və gündəlik həyatı ilə tanış olmaları, eləcə də müxtəlif ölkələrdən olan yaşıdları ilə beynəlxalq mühitdə ünsiyyət qurmaları nəzərdə tutulur.

21 gün davam edən proqram müddətində şagirdlər intensiv alman dili dərslərində, mədəni, sosial və idman tədbirlərində, müxtəlif layihə və ekskursiyalarda iştirak edirlər. İştirakçılar, həmçinin öz ölkələrinin milli-mədəni dəyərlərini digər ölkələrdən olan həmyaşıdlarına təqdim etmək imkanı əldə edirlər.

İnci Quliyeva və Nurgül Qurbanlının nüfuzlu beynəlxalq proqrama tam təqaüdlə seçilməsi onların alman dilinə marağının, yüksək nəticələrinin və fəallığının göstəricisidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi