Türkiyədə ali təhsil sahəsində tələbə amnistiyasını və bir sıra digər mühüm dəyişiklikləri nəzərdə tutan qanun qüvvəyə minib. “Yüksəköğretim Kanunu ve Bazı Kanunlarda Dəyişiklik Edilməsinə Dair Qanun” bu gün Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunub.
Anadolu Agentliyinin yaydığı məlumata görə, yeni tənzimləmə müxtəlif səbəblərdən tələbəlik hüququnu itirmiş şəxslərə müəyyən istisnalar çərçivəsində yenidən ali təhsil almaq imkanı yaradır.
Qanunun əhatə dairəsinə hazırlıq, uyğunlaşdırma, önlisans, bakalavr, bakalavrın tamamlanması və magistratura səviyyələrində təhsil alan şəxslər daxildir. Müəyyən istisnalar nəzərə alınmaqla, universitetlə əlaqəsi kəsilmiş şəxslər, o cümlədən öz istəyi ilə qeydiyyatını dayandıran tələbələr yenidən təhsilə qayıda biləcəklər. Həmçinin ali məktəbə qəbul olmaq hüququ qazandığı halda qeydiyyatdan keçməyən şəxslər də yeni imkandan yararlana biləcəklər.
Yeni qaydalara əsasən, bu hüquqdan yararlanmaq istəyən şəxslər qanunun qüvvəyə mindiyi tarixdən etibarən dörd ay ərzində müraciət etməlidirlər. Müraciət tələbənin əlaqəsinin kəsildiyi və ya qəbul hüququ qazandığı ali təhsil müəssisəsinə təqdim olunmalıdır. Tələblərə cavab verən şəxslərin 2026–2027-ci tədris ilində təhsillərini davam etdirməsinə imkan yaradılacaq. Hərbi xidmətdə olan şəxslər üçün də xüsusi müddəa müəyyənləşdirilib: onlar hərbi xidməti başa vurduqdan sonra iki ay ərzində müraciət edə biləcəklər.
Qanunla təhsilə qayıdan tələbələr üçün müəyyən şərtlərlə başqa ali təhsil proqramlarına köçürülmək, həmçinin açıq təhsil proqramlarına keçid imkanları da nəzərdə tutulub. Bu imkanlar tələbələrin əvvəlki qəbul balları və seçdikləri proqramların tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.
Sənəddə təhsil müddətinin sonuna çatmış tələbələrlə bağlı da yeni imkanlar müəyyən edilir. İnternatura dövrü istisna olmaqla, son kursda oxuyan və məzun olmaq üçün bəzi nəzəri və ya praktiki fənlərdən uğursuz olan, yaxud imtahanlarda iştirak etməyən tələbələrə iki əlavə imtahan və ya təkrar təhsil hüququ verilir. Praktiki və ya internatura mərhələsinə başlamayan və ya həmin mərhələni başa çatdırmayan tələbələr üçün də təhsilin müvafiq hissəsini tamamlamaq imkanı yaradılır.
Yeni qanun akademik fəaliyyətin dürüstlüyünün təmin olunmasına dair daha sərt müddəaları da ehtiva edir. Şəxsi əməyə və elmi fəaliyyətə əsaslanmayan, başqaları tərəfindən hazırlanmış və ya ödəniş müqabilində yazılmış elmi işlərdən istifadə etməklə vəzifə, elmi ad və ya dərəcə əldə edən şəxslərə qarşı intizam tədbirləri görüləcək. Başqasının adından tezis, məqalə və digər elmi işlər hazırlayan və ya bu fəaliyyətə vasitəçilik edən şəxslər üçün də məsuliyyət nəzərdə tutulur.
Beləliklə, 9 avqust 2026-cı ildən qüvvəyə minən yeni qanun Türkiyənin ali təhsil sistemində tələbələrin təhsilə qayıtması üçün geniş imkanlar yaratmaqla yanaşı, məzuniyyət prosedurlarını, akademik fəaliyyətin tənzimlənməsini və elmi dürüstlük prinsiplərini də yenidən müəyyənləşdirir.


Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb