Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Səfər çərçivəsində Baş prokuror Laçın rayon prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı 16 nəfər vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı qanunvericiliyin tələblərinə riayət olunması, məhkəmələrdə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial məsələlərlə bağlı olub.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunamüvafiq həlli ilə bağlı aidiyyəti struktur rəhbərlərinə müvafiq göstərişlər verilib.Qəbuldan sonra Baş prokuror Laçın rayon prokurorluğunun əməkdaşları ilə görüşərək onların iş şəraiti və xidməti fəaliyyəti ilə yerində tanış olub, prokurorluğun qarşısında duran vəzifələrin icrası, fəaliyyətin səmərəli təşkili və işin keyfiyyətinin artırılması ilə bağlı məsələləri müzakirə edib. Daha sonra Kamran Əliyev Qubadlı rayonuna səfər edib, burada Qubadlı hərbi prokurorluğunda və Qubadlı rayon prokurorluğunda müasir və yeni iş şəraiti ilə tanış olub.
Baş prokuror prokurorluq orqanlarının inzibati binalarında əməkdaşların fəaliyyəti üçün yaradılmış şəraitlə tanış olub, xidməti fəaliyyətin təşkili, maddi-texniki təminat, cinayətkarlığa qarşı mübarizənin vəziyyəti, qanunçuluğun təmin edilməsi və vətəndaş müraciətlərinə baxılması istiqamətində görülmüş işlər barədə məlumat alıb.
Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən prokurorluq əməkdaşları ilə görüş keçirilib.
Görüşdə çıxış edən Baş prokuror Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin uğurla davam etdirildiyini qeyd edib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün müasir tələblərə cavab verən şəraitin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Baş prokuror dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.Görüşdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi, qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, habelə cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov çıxış edərək hərbi prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, hərbi qulluqçuların hüquq və qanuni mənafelərinin müdafiəsi, hərbi intizamın möhkəmləndirilməsi və qanunçuluğun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.Daha sonra yeni təyin olunmuş prokurorluq əməkdaşı Fuad Mədətov çıxış edərək Qubadlı rayonunda xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu bildirib, yaradılmış şəraitə və göstərilən etimada görə minnətdarlığını ifadə edib.Sonda Baş prokuror əməkdaşların fikir və təkliflərini dinləyib, qaldırılan məsələlər ətrafında müzakirələr aparıb, prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, qanunçuluğun möhkəmləndirilməsi və qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.










Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb