lider-media.az

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə müdafiə sazişi imzalanıb  

Baxış: 1 369 Tarix: 7-08-2026, 16:04

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan avqustun 7-də üçtərəfli müdafiə müqaviləsi imzalayıb.

Türkiyə mediasının yaydığı məlumata görə, Pakistan Xarici İşlər Nazirliyi “Məkkə müdafiə sazişi” adlanan sənədin imzalandığını elan edib.
Sənəd regional sülhün, təhlükəsizliyin və sabitliyin gücləndirilməsini hədəfləyir. 
Bundan sonra üç ölkədən birinə silahlı hücumun bütün imza atan ölkələrə qarşı təcavüz hesab ediləcək. 

Sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində imzalanıb.

Türkiyə lideri Məkkədə Krallığın vəliəhdi Məhəmməd bin Salman ilə danışıqlar aparıb. Pakistanın Baş naziri Şahbaz Şəriflə də görüş planlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi