lider-media.az

Şuşada “A-Hub” Akselerasiya Proqramının qalibləri mükafatlandırılıb

Tarix: 4-06-2024, 08:05

Şuşada A-Hub Akselerasiya Proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Lider-media.az xəbər verir ki, tədbir ICESCO, Azərbaycan Mədəniyyət Nazirliyi və “New Space Innovation” şirkəti tərəfindən təşkil olunub.

İyunun 2-də “Bakı Kristal Zalı”nda keçirilən finalda 11 ölkədən (Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudan) 30-dan çox komanda iştirak edib. Bu innovatorlar öz ideyalarını nümayiş etdirib və 30 min dollar mükafat fondu uğrunda yarışıblar.

Yarışın nəticəsinə əsasən, “Snack Pack” (Azərbaycan) komandası I, “ReSkill” (Tacikistan) komandası II, “Biopols” (Türkiyə) komandası III, “Caredify” (Tunis) komandası IV yerə layiq görülüb.

Qeyd edək ki, “A-Hub Akselerator” proqramı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Bu akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək onların ideyalarını reallaşdırmaq üçün lazım olan resurs və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi