lider-media.az

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Baxış: 159 Tarix: Вчера, 16:15

Ağdam Sənaye Parkına mediatur zamanı məlumat verilib ki, 2026-cı ilin yanvar-iyun ayları ərzində sənaye parkında 976 milyon manat dəyərində məhsul satılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ağdam Sənaye Parkına mediatur təşkil edilib.

Media nümayəndələrinə sənaye parkının fəaliyyəti və buradakı müəssisələrin istehsalı haqqında məlumat verilib. Qeyd olunub ki, park rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Sənaye Parkından sonra ikincidir.

Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 300 milyon manatadək olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. İnvestorlar tərəfindən sənaye parkına 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb.Hazırda Ağdam Sənaye Parkında 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam edir, 10 müəssisənin isə layihələndirilməsi işləri görülür. Ağdam Sənaye Parkının ərazisinin 60 faizədək hissəsi sahibkarların istifadəsinə verilib.Sənaye parkında 2026-cı ilin yanvar-iyun ayları ərzində sahibkarlar tərəfindən 976 milyon manat dəyərində məhsul satışı edilib ki, bunun da 42 milyon manatlıq hissəsi ixrac olunub.Media nümayəndələri sənaye parkında fəaliyyət göstərən müəssisələrlə tanış olublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi