lider-media.az

Deputat: Süni intellektdən etik istifadə üçün hüquqi baza təkmilləşdirilir

Baxış: 1159 Tarix: Вчера, 15:03

Deputat: Süni intellektdən etik istifadə üçün hüquqi baza təkmilləşdirilir

Milli Məclisdə rəqəmsallaşma üzrə qanunların təkmilləşdirilməsi istiqamətində artıq bir neçə qanuna dəyişiklik edilib. Məsələn, vətəndaş müraciətlərinin elektronlaşdırılması, o cümlədən süni intellektin mənfi istifadəsinin qarşısının alınmasına dair Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

O bildirib ki, uşaqların rəqəmsal informasiya mühitində qorunmasına dair "Uşaq hüquqları haqqında" Qanuna da müəyyən dəyişikliklər edilib.

“Demək olar ki, qanun tamamilə yenilənib. Yəni bu istiqamətdə rəqəmsallaşma dövrün çağırışı olduğuna görə qanunlarımız da dövrün çağırışlarına uyğun olaraq mütəmadi şəkildə təkmilləşdirilir.

Artıq ölkəmizdə 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası qəbul edilib, Prezident İlham Əliyev onu təsdiqləyib və strategiyadan irəli gələn bir çox hədəflər müəyyən olunub. Məsələn, həmin hədəflərdən biri də süni intellektdən etik istifadəyə dair qaydaların hazırlanmasıdır. Bu etik istifadə, əslində, çox vacibdir və belə qaydalar hazırlanarsa, süni intellektdən sui-istifadə hallarının qarşısı alınar.

Ölkəmizdə həm fiziki şəxslərin, həm də şirkətlərin, özəl sektorun süni intellektdən etik çərçivədə, müəyyən qaydalar əsasında istifadə etməsi daha doğru olardı. Bu istiqamətdə, strategiyada müvafiq hədəflər müəyyənləşdirilib və bununla bağlı normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi gözlənilir", - deyə P. Vəliyeva əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi