lider-media.az

Türkiyənin media nümayəndələri Xankəndiyə səfər ediblər

Baxış: 1 247 Tarix: 4-08-2026, 19:39

Avqustun 4-də Türkiyədən olan bir qrup media nümayəndəsi Qarabağa səfər çərçivəsində Xankəndi şəhərində olub.

Lider-media.az Hit.az-a istinadən xəbər verir ki, qonaqlar şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də inşa olunan yaşayış və sosial infrastruktur obyektləri ilə yaxından tanış olublar.

Səfər Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) ilə Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı əsasında həyata keçirilir.

Proqramın məqsədi Türkiyənin media nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində görülən tədbirlər, həmçinin bölgədə formalaşan yeni reallıqlarla yerində tanış etməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi