lider-media.az

Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcəklər

Baxış: 1388 Tarix: 4-08-2026, 10:24

Fövqəladə Hallar Naziriyi vətəndaşların Nazirliyə müraciətinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun və xidmətlərin rəqəmsallaşdırılmasının təmin edilməsi məqsədilə növbəti addım atıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, vətəndaşların Fövqəladə Hallar Nazirliyinə və Nazirliyin müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim edilməsi məqsədilə MyGov platforması üzərindən də müraciət göndərilməsi imkanı yaradılıb. Vətəndaşlar MyGov platformasında "Dövlət qurumlarına rəsmi məktub" bölməsi vasitəsilə Fövqəladə Hallar Nazirliyini və ya Nazirliyin müvafiq alt qurumunu seçərək elektron müraciətlərini ünvanlaya bilərlər.

Müraciətin nəticəsi üzrə Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış rəsmi cavab MyGov platforması üzərindən vətəndaşın şəxsi kabinetinə göndərilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi