lider-media.az

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 1141 Tarix: Сегодня, 13:34

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 466-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 466-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 16.3-cü maddəsinin birinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur.

2. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 8, maddə 925 (Cild I); 2026, № 1, maddə 30) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bəndə “16.1-ci” sözlərindən sonra “maddələrində, 16.3-cü maddəsinin birinci abzasında” sözləri əlavə edilsin;

2.2. 2.5-ci bəndə “maddələrində” sözündən sonra “, 16.3-cü maddəsinin birinci abzasında” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 3, maddə 253; 2025, № 1, maddə 32; 2026, № 1, maddə 30) ilə təsdiq edilmiş “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Fondun vəsaitindən Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin və Azərbaycan Respublikası Energetika Nazirliyinin aşağıdakı xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur:

1.2.1. enerji effektivliyi informasiya sisteminin tətbiqi, təkmilləşdirilməsi, saxlanılması, altsistemlərinin yaradılması, habelə fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsi;

1.2.2. Qanunun 18-ci maddəsində nəzərdə tutulan enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.”;

3.2. 2-ci hissə üzrə:

3.2.1. 2.4.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4.7-ci yarımbənd əlavə edilsin:

“2.4.7. bu Qaydanın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi.”;

3.2.2. aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:

“2.7. Bu Qaydanın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan xərclərin maliyyələşdirilməsinin yuxarı həddi müvafiq il ərzində Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlir məbləği həddində müəyyən olunur.”.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 avqust 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi