Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Yazıçılar Birliyi və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas, ictimai xadim, akademik Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş “Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika - IX) adlı tədbir keçirilib.
Əvvəlcə AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev Ümummilli Lider Heydər Əliyevin elm, ədəbiyyat və mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açıb, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın milli-mədəni irsin qorunması, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib.
Musa Mirzəyev Xalq şairi Səməd Vurğunun Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri olduğunu deyib, şairin zəngin yaradıcılığının vətənpərvərlik ruhunun aşılanmasında və ədəbi fikrin inkişafında müstəsna rol oynadığını bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Səməd Vurğunun yaradıcılığında və fəaliyyətində sosial mədəni həyat” mövzusunda çıxış edərək şairin Azərbaycan poeziyasının, milli ədəbi fikrin inkişafındakı xidmətlərindən söz açıb, onun zəngin yaradıcılığına nəzər salıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Səməd Vurğun irsinin öyrənilməsi və təbliğinin vacibliyini bildirib, bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə yaratdığı şəraitə və təşkilati dəstəyə görə təşəkkürünü ifadə edib.
Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, Türkiyənin Erzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkasyalı və Pakistanın Lahor Dövlət Kollec Universitetinin dosenti Almas Xanım çıxış edərək Səməd Vurğunun yaradıcılığının Azərbaycanın hüdudlarından kənarda, bütün Türk və Şərq ədəbi-mədəni məkanında mühüm yer tutduğunu vurğulayıblar.
Tədbir çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə hazırlanmış rəqəmsal məlumat bazasının təqdimatı keçirilib.










Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb