lider-media.az

HDQ-də buraxılış mərasimi keçirilib - VİDEO

Baxış: 1428 Tarix: 3-08-2026, 10:33

Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib. 
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.
Çıxış edənlər partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışıb, eləcə də təhlükəli maddələrə toxunmamaq və dərhal zərərsizləşdirmə qrupuna məlumat vermək tövsiyə olunub.
Sonda kursu uğurla başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi