

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilk dəfə olaraq XV Qəbələ Beynəlxalq Musiqi Festivalında təmsil olunub. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən Festival çərçivəsində inklüziv mərkəzin benefisiarlarının hazırladığı əl işlərindən ibarət satış-sərgi və konsert proqramı təşkil olunub.
İnklüziv yaradıcılıq mühitinin təşviqinə dəstək məqsədilə festival iştirakçılarına “dostart.az” elektron portalı vasitəsilə Mərkəzdə hazırlanan əl işlərini əldə etmək imkanı yaradılıb. Satış-sərgidə həssas qruplara aid müəlliflərin müxtəlif üslub və texnikalarda işlədiyi 100-ə yaxın sənət nümunəsi nümayiş etdirilib. Festivalın 3-cü günündə Mərkəz üzvləri Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində konsert layihəsi ilə çıxış ediblər.
Konsertdən əvvəl tamaşaçılara müəssisənin fəaliyyəti və əsas xidmət istiqamətləri barədə məlumatlar verilib. Bildirilib ki, 22 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan Mərkəzdə həssas kateqoriyalara aid şəxslərin yaradıcılıq potensialının inkişafına dəstək göstərilir, onların peşə vərdişləri və məşğulluq imkanları artırılır.
Konsert proqramı çərçivəsində Mərkəzin təlimçi və benefisiarlarının ifasında xüsusi repertuar təqdim olunub. Musiqiçiləri Əməkdar artist, Mərkəzin Musiqi yaradıcılığı departamentinin müdir müavini Emil Əfrasiyabın bədii rəhbərliyi ilə İnklüziv Ansambl, Kollektiv yaradıcılıq şöbəsinin müdiri Mustafa Mehmandarovun dirijorluğu ilə Kamera Orkestri müşayiət edib.
Qeyd edək ki, avqustun 3-dək davam edəcək musiqi bayramında Azərbaycanla yanaşı, Almaniya, Rusiya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan və Vyetnamdan gələn tanınmış musiqiçilər və rəqqaslar bir araya gəliblər.


Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb