İyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və birinci xanımlara İssık-Kul vilayətinin Kara-Oy kəndində tikilmiş mehmanxana barədə məlumat verdi.
Bildirildi ki, “Baku Resort & Spa” “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında” 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub.
Ümumilikdə 17 hektardan çox ərazini əhatə edən mehmanxana memarlıq, mədəniyyət, incəsənət, qastronomiya, sağlamlıq və istirahətin ahəngdar şəkildə bir araya gəldiyi nadir məkan kimi layihələndirilib.
Kompleksdə 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottec var.
Mehmanxanada bir hissəsi Azərbaycan vətəndaşları olmaqla ilkin mərhələdə 255 nəfərin iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.
Sağlamlıq və istirahət mehmanxana konsepsiyasının əsas istiqamətlərindəndir. Burada ilboyu istirahət üçün nəzərdə tutulmuş qapalı və açıq hovuzlar, akvapark və çimərlik də qonaqların ixtiyarına veriləcək.
Qastronomiya mehmanxananın fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. Burada Azərbaycan kulinariya ənənələrinin zənginliyi nümayiş olunacaq. Mehmanxanadakı müxtəlif restoranlarda ənənəvi Azərbaycan səhər yeməkləri də daxil olmaqla, milli mətbəximizdən təamlar təqdim ediləcək.
Hər yaş qrupundan olan qonaqlar üçün maraqlı istirahət imkanları yaratmaq məqsədilə kurort geniş əyləncə infrastrukturu ilə təchiz olunub, boulinq və digər əyləncə oyunları zonası, kino zalı, müxtəlif idman növləri üçün nəzərdə tutulmuş çoxfunksiyalı açıq idman meydançası yaradılıb.
Mehmanxanada beynəlxalq konfranslar, korporativ görüşlər, biznes və sosial tədbirlərin təşkili üçün müasir şərait var.
Burada Bakının gözəlliyi və Azərbaycanın zəngin mədəni irsini əks etdirən elementlər qonaqlara milli ənənələrlə müasirliyin harmoniyasını yaşadır.
Dünyanın ikinci ən böyük dağ gölü və Qırğızıstanın ən qiymətli təbiət incilərindən hesab olunan İssık-Kulun sahilində yerləşməsi, həmçinin bu ərazinin yüksək turizm potensialı mehmanxananın kompleksinin əhəmiyyətini daha da artırır.
Möhtəşəm Tyan-Şan dağları ilə əhatə olunan bu bölgə gözəl təbiəti, minerallarla zəngin suları, həmçinin ilboyu istirahət, sağlamlıq və mədəni turizm üçün əlverişli imkanları ilə tanınır.
“Baku Resort & Spa”nın fəaliyyətə başlaması İssık-Kul regionunda turizm sektoruna mühüm töhfə verməklə yanaşı, bölgənin turizm məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Bu layihənin icrası, eyni zamanda, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına töhfə verir.
















Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib YENİLƏNİB
İlham Əliyev və Berdiməhəmmədov "Sea Breeze"də
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb