lider-media.az

Ağdamın yeni nəslinin nəfəsi

Baxış: 1139 Tarix: Вчера, 12:38

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin dəstəyi ilə yeni videoçarx hazırlanıb.
Bir vaxtlar sükutun hakim olduğu Ağdamda bu gün yenidən uşaqların gülüş səsləri eşidilir. Yaşıl meydançalarda qaçan balacaların sevinci şəhərin yenidən dirçəlişinin ən canlı ifadəsidir. Onlar dağıntıları deyil, abad küçələri, geniş parkları, müasir yaşayış binalarını və təhlükəsiz həyətləri tanıyaraq böyüyürlər.
Bu uşaqların oynadığı yaşıl meydança təsadüfi bir məkanda yerləşmir. O, vaxtilə Qarabağın futbol tarixinin unudulmaz ünvanlarından olan İmarət stadionunun yaxınlığındadır. Bir zamanlar minlərlə azarkeşin coşqusu ilə səslənən bu məkanın ətrafında indi yeni nəslin gülüşü, futbol topunun səsi və gələcəyə inam əks-səda verir. Tarixin yaddaşı ilə gələcəyin ümidləri burada eyni nəfəsdə qovuşur.
Bu şəhərdə böyüyən hər bir uşaq sabahın Ağdamını quracaq, keçmişin ağrılarını gələcəyin uğurlarına çevirəcək. Çünki Ağdam artıq yalnız yenidən qurulan şəhər deyil – burada xoşbəxt uşaqlıq, yeni həyat və yeni nəsil böyüyür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi