lider-media.az

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baxış: 147 Tarix: Вчера, 17:11

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 262 (Cild I); 2025, № 9, maddə 868; 2026, № 4, maddə 369) ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsinə “5615.01 Mülki proses” ixtisasından sonra aşağıdakı ixtisaslar əlavə edilsin:

5616.01

Ədalət mühakiməsi hüququ

5617.01

Hava hüququ və hava məkanının təhlükəsizliyi

5618.01

Mədəniyyət hüququ

 Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 30 ” “ iyul ” 2026-cı il

№ 247


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi