lider-media.az

Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti Habil Əliyevin adının verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baxış: 1472 Tarix: 29-07-2026, 19:19

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycanın Xalq artisti Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti Habil Əliyevin adı verilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 29 ” “ iyul ” 2026-cı il

№ 244


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi