lider-media.az

Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun rəhbəri ilə görüş keçirilib

Baxış: 1520 Tarix: 29-07-2026, 15:35

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun İdarə Heyətinin sədri ilə görüşündə bu ölkə ilə iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın "Samruk-Kazyna" Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin tərəfdaşlığın prioritet inkişaf istiqamətləri nəzərdən keçirilib.

Tərəflər birgə investisiya fəaliyyətinin genişləndirilməsi, institusional investorlar arasında əməkdaşlıq imkanları, ticarət, sənaye, süni intellekt və digər innovativ istiqamətlər üzrə tərəfdaşlıq, eləcə də yaşıl enerji layihələrinin birgə həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcəyi vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi