lider-media.az

DMX rəisi: Azərbaycan 17 dövlətin vətəndaşları üçün vizasız giriş imkanı yaradır

Baxış: 1459 Tarix: 29-07-2026, 15:32

Azərbaycanın miqrasiya siyasəti beynəlxalq təcrübəyə uyğun şəkildə formalaşdırılıb. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən media-tur çərçivəsində məlumat verib.O bildirib ki, əsas istiqamətlərdən biri qanuni miqrasiyanın təşviqidir: “Bu istiqamət çərçivəsində ölkəyə qanuni yollarla gəlmək istəyən əcnəbilər üçün imkanların genişləndirilməsi, prosedurların sadələşdirilməsi və xidmətlərin daha əlçatan olması təmin edilir. Buraya vizasız rejimin əhatə dairəsinin genişləndirilməsi, sərhəd keçid prosedurlarının sadələşdirilməsi və elektron xidmətlərin inkişafı daxildir. Hazırda Azərbaycan 17 dövlətin vətəndaşları üçün vizasız giriş imkanı yaradır. 89 dövlətin vətəndaşları ASAN Viza sistemi vasitəsilə elektron viza əldə edə bilir, 11 dövlətin vətəndaşları isə vizanı birbaşa hava limanında rəsmiləşdirə bilirlər.Bundan əlavə, son aylarda da bir sıra ölkələrlə vizasız rejimin tətbiqi istiqamətində addımlar atılıb. Bu ölkələr arasında Yaponiya, Oman, Koreya Respublikası, Bosniya və Herseqovina, eləcə də bir sıra digər dövlətlər yer alır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi