lider-media.az

"Müharibə əlilləri və şəhid ailələri ilə iş" mövzusunda layihənin icrasına başlanılıb

Baxış: 207 Tarix: 3-06-2024, 11:37

Azərbaycan Respublikasının Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi   "Müharibə əlilləri və şəhid ailələri ilə iş" mövzusunda layihənin icrasına başlayıb.

Bu barədə Lider-media.az-a Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, üç ay davam edəcək layihə zamanı Vətənimizin azadlığı uğrunda Birinci və İkinci Qarabağ müharibəsi, Azərbaycan Respublikasının suverenliyinin tam bərpa olunması ilə nəticələnən Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində şəhid olmuş igidlərimizin ailə üzvlərinin, müharibə veteranları və əlilləri, eləcə də müxtəlif dərəcəli əlilliyi olan şəxslərin mövcud problemləri öyrəniləcək, məsələnin həllində onlara aidiyyəti dövlət təşkilatları vasitəsi ilə köməklik göstəriləcək.

Bundan əlavə şəhid ailələri, müharibə veteranları və əlilləri, imtiyazlı şəxslər və bütün kateqoriyadan əlilliyi olan insanların hüquqi maarifləndirilməsi məqsədilə dövlət qurumlarının məsul əməkdaşlarının iştirakı ilə  televiziya verilişləri təşkil olunacaq. Həmçinin layihənin  Yardımlı rayonunun Perimbel kəndində də reallaşdırılması istiqamətində işlər görüləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi