lider-media.az

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

Baxış: 1532 Tarix: 29-07-2026, 14:28

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb. Bu barədə Efiopiya hökumətinin başçısı "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşmək xoş oldu. Biz ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair məzmunlu danışıqlar apardıq, strateji tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə ortaq sadiqliyimizi təsdiqlədik", - Abiy Əhməd Əli yazıb.

Qeyd edək ki, Sahibə Qafarova hazırda Əddis-Əbəbədə (Efiopiya) rəsmi səfərdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi