lider-media.az

FHN təhlükəsizlik tələblərinə cavab verməyən liftin istismarını dayandırıb

Baxış: 1103 Tarix: Вчера, 12:24

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketin liftində plan üzrə yoxlama aparılıb.Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün marketin rəhbərliyi qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı, eləcə də sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə marketin rəhbərliyinin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi